Bank Of Baku

BFB-da 10500933S seriyalı 2 495,2 min manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10500933S seriyalı 2 495,2 min manatlıq GDİ emissiyası yerləşdirilib
# 10 iyun 2011 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500933S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 495 200 manat təşkil edib. Sifarişlər 100,48% (gəlirlik 4,00%) – 100,00% (gəlirlik 4,00%) qiymət intervalı ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 100,00% (gəlirlik 4,00%), orta ölçülmüş qiymət isə 100,19% (gəlirlik 4,00%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 495,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin iyunun 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR