Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,4%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,4%, Nasdaq 1,5% enib
# 13 iyun 2011 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 952 bəndədək, S&P 500 1,4% - 1 271 bəndədək, Nasdaq 1,5% - 2 644 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə mənfi makroiqtisadi göstəricilər səbəb olub.
Avropa fond bazarlarında iyunun 10-da FTSE 100 indeksi 1,6% - 5 766 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 805 bəndədək, Almaniya DAX-ı 1,3% - 7 070 bəndədək enib.
İyunun 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 530,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4338 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR