Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,7%, Nasdaq 1,8% enib

Dow Jones indeksi 1,5%, S&P 500 1,7%, Nasdaq 1,8% enib
# 16 iyun 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 11 897 bəndədək, S&P 500 1,7% - 1 265 bəndədək, Nasdaq 1,8% - 2 632 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi zəif makroiqtisadi göstəricilərlə bağlı olub. O cümlədən, may ayında ölkənin sənaye istehsalının əvvəlki ayla müqayisədə cəmi 0,1% artması və bununla belə bu göstəricinin proqnozlardan 2 dəfə az olması bazara mənfi təsir edən əsas amillərdən biri olub.
Avropa fond bazarlarında iyunun 15-də FTSE 100 indeksi 1% - 5 743 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 807 bəndədək, Almaniya DAX-ı 1,3% - 7 115 bəndədək enib.
İyunun 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 527,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4193 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR