Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,3% enib
# 17 iyun 2011 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 11 962 bəndədək, S&P 500 0,2% - 1 268 bəndədək yüksəlib, Nasdaq 0,3% - 2 624 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına əsasən xarici amillər təsir edib. O cümlədən, Yunanıstanda borc böhranının yenidən kəskinləşməsi, ölkədə sosial-iqtisadi və siyasi vəziyyətin pisləşməsi maliyyə bazarlarına mənfi təsir göstərib.

Həmin amil həmçinin Avropa fond bazarlarında müşahidə olunub ki, nəticədə iyunun 16-da FTSE 100 indeksi 0,8% - 5 699 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 792 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 110 bəndədək enib.

İyunun 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 527,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4157 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR