Bank Of Baku

BFB-da 10203031S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10203031S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 iyun 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10203031S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 9 702 900 manat təşkil edib. Sifarişlər 99,43% (gəlirlik 2,30%) – 99,38% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,43% (gəlirlik 2,30%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1 199 100 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 6 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin sentyabrın 16-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR