Bank Of Baku

AGBI indeksi 1,0347, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0347, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 20 iyun 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0346 bənd və ya 3,5% artaraq iyun ayının 20-nə 1,0347 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0363 bənd və ya 3,6% artaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
AGBI indeksinin artması bazar kapitallaşmasının artması nəticəsində baş verib. Belə ki, iyunun 17-də dövlət istiqrazların 6 mln. manatlıq emissiya yerləşdirilib.
ACBDI artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR