Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,3% enib
# 20 iyun 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 004 bəndədək, S&P 500 0,3% - 1 272 bəndədək yüksəlib, Nasdaq 0,3% - 2 617 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbər və hesabatlar təsir edib.
Avropa fond bazarlarında iyunun 17-də FTSE 100 indeksi 0,3% - 5 715 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 824 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 164 bəndədək yüksəlib.
İyunun 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 539,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4238 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR