Bank Of Baku

AGBI indeksi 1,0119, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0119, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 22 iyun 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0118 bənd və ya 1,2% artaraq iyun ayının 22-nə 1,0119 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
AGBI indeksinin artması bazar kapitallaşmasının artması nəticəsində baş verib. Belə ki, iyunun 21-də dövlət istiqrazların 2 mln. manatlıq bir buraxılışı dövriyyədən çıxarılıb, 4 mln. manatlıq buraxılışı isə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR