Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq 2,2% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq 2,2% yüksəlib
# 22 iyun 2011 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 12 190 bəndədək, S&P 500 1,3% - 1 296 bəndədək, Nasdaq 2,2% - 2 687 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib. Xüsusən, bu, Yunanıstanın borc böhranı ilə bağlı bir sıra müsbət xəbərlər olub.

Avropa fond bazarlarında iyunun 21-də FTSE 100 indeksi 1,4% - 5 775 bəndədək, Fransa CAC-40-ı 2% - 3 877 bəndədək, Almaniya DAX-ı 1,9% - 7 286 bəndədək yüksəlib.

İyunun 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 547,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4370 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR