Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8209, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8209, AMFBI indeksi 1,0001 təşkil edib
# 23 iyun 2011 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0118 bənd və ya 1,2% azalaraq iyun ayının 23-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1791 bənd və ya 17,9% azalaraq 0,8209 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
İyunun 22-də notların bir buraxılışı dövriyyədən çıxarılıb, digər buraxılış isə yerləşdirilib. Dövriyyədən çıxarılan buraxılışın həcminin 35 mln. manat, yerləşdirmənin həcminin isə 19,5 mln. manat olduğundan bazar kapitallaşmasının azalması baş verib ki, bu da ACBDI indeksinin azalmasına təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR