Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,7% enib
# 23 iyun 2011 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 110 bəndədək, S&P 500 0,7% - 1 287 bəndədək, Nasdaq 0,7% - 2 669 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, iyunun 22-də Federal Ehtiyat Sistemi bir sıra mühüm bəyanatları ilə çıxış edib. Ən əsası faiz dərəcələrin 0%-0,25% intervalında saxlanması olub. Bundan başqa qurumun rəhbəri Ben Bernanke bəyan edib ki, ölkə iqtisadiyyatın artım tempinin sürətlənməsini gözləyir, lakin eyni zamanda faiz dərəcələrin aşağı səviyyədə nə vaxta qədər qüvvədə qalacağını bilmədiyini bildirib. Bu bəyanatlar ABŞ-ın fond bazarına mənfi təsir edib.

Avropa fond bazarlarında iyunun 22-də FTSE 100 indeksi 0,04% - 5 773 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 871 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 278 bəndədək enib.

İyunun 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% artaraq 1 547,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4307 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR