Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,3% enib, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3% enib, Nasdaq 0,7% yüksəlib
# 24 iyun 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 050 bəndədək, S&P 500 0,3% - 1 284 bəndədək enib, Nasdaq 0,7% - 2 687 bəndədək yükəslib. «APA-ECONOMICS»in məlumatına görə, iyunun 23-də ABŞ fond bazarına iki əsas amil təsir edib. Bunların biri Federal Ehtiyat Sisteminin maliyyə sektorunun dəstəklənməsi proqramının bu ayda başa çatması barədə bəyanat olub. Digər vacib amil kimi neftin ucuzlaşdırılması və Liviyadan bazara çıxarılmayan neftin kompensasiya edilməsi üçün Beynəlxalq Enerji Agentliyi tərəfindən öz strateji ehtiyatlardan 60 mln. barel neftin ayırmasının elan edilməsi olub.
Həmin amillər Avropa fond bazarlarına da təsir edib ki, nəticədə iyunun 23-də FTSE 100 indeksi 1,7% - 5 675 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3 788 bəndədək, Almaniya DAX-ı 1,8% - 7 149 bəndədək enib.
İyunun 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% azalaraq 1 523,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4265 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR