Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 0,9%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 0,9%, Nasdaq 1,3% yüksəlib
# 28 iyun 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 12 044 bəndədək, S&P 500 0,9% - 1 280 bəndədək, Nasdaq 1,3% - 2 688 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, iyunun 27-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Bazel komitəsinin qərarı təsir edib. Belə ki, Komitənin qərarı ilə sistem əhəmiyyətli banklar üçün kapitalına dair əlavə tələblər tətbiq olunacaq. Eyni zamanda mütəxəssislərin fikrincə tətbiq olunacaq tələblər gözləniləndən daha yumşaq olub ki, bütün bunlar investorlar tərəfindən müsbət qarşılanıb.
Avropa fond bazarlarında iyunun 27-də FTSE 100 indeksi 0,4% - 5 722 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 797 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 108 bəndədək enib.
İyunun 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 499,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4289 (+1,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR