Bank Of Baku

BFB-da 10501033S seriyalı 1,995 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10501033S seriyalı 1,995 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 28 iyun 2011 08:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10501033S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1,995 mln. manat təşkil edib.

Sifariş 100,00% (gəlirlik 4,00%) qiymət ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 100,00% (gəlirlik 4,00%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1,995 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin iyunun 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR