Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq 1,5% yüksəlib
# 29 iyun 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 12 189 bəndədək, S&P 500 1,3% - 1 297 bəndədək, Nasdaq 1,5% - 2 729 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, iyunun 28-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi Yunanıstan barədə xəbərlər fonunda baş verib. Belə ki, Fransa və Almaniyan tərəfindən Yunanıstanda defoltun baş verməməsi üçün addımların atılması barədə bəyanatlar maliyyə bazarlara müsbət təsir edib.
Avropa fond bazarlarında iyunun 28-də FTSE 100 indeksi 0,8% - 5 767 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 852 bəndədək, Almaniya DAX-ı 0,9% - 7 170 bəndədək yüksəlib.
İyunun 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 504,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4353 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR