Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 29 iyun 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102530S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 39 027 500 manat təşkil edib. Sifarişlər 99,8059% (gəlirlik 2,50%) - 99,7285% (gəlirlik 3,50%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,8059% (gəlirlik 2,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin iyulun 27-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR