Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9294, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9294, AMFBI indeksi 1,0001 təşkil edib
# 30 iyun 2011 06:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq iyun ayının 30-na 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0706 bənd və ya 7,1% azalaraq 0,9294 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
İyunun 29-da notların bir buraxılışı dövriyyədən çıxarılıb, bir buraxılışı isə yerləşdirilib. Ödənilən buraxılışın həcminin 20 mln. manat, yerləşdirilən buraxılışın həcminin isə 15 mln. manat olduğundan bazar kapitallaşması azalıb ki, bu da ACBDI indeksinin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR