Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 0,4% yüksəlib
# 30 iyun 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 261 bəndədək, S&P 500 0,8% - 1 307 bəndədək, Nasdaq 0,4% - 2 741 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, iyunun 29-da ABŞ fond bazarında kotirovkaların yüksəlməsi ölkənin daşınmaz əmlak bazarından müsbət statistika və Yunanıstanın parlamenti tərəfindən anti-böhran büdcə siyasətinin təsdiqlənməsi barədə məlumat təsir edib.
Avropa fond bazarlarında iyunun 29-da FTSE 100 indeksi 1,5% - 5 856 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 924 bəndədək, Almaniya DAX-ı 1,7% - 7 294 bəndədək yüksəlib.
İyunun 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 514,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4502 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR