Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,264 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,264 mln. dollarlıq əqdlər bağlanılıb
# 04 iyul 2011 14:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7863 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7863 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 994 515,20 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7863 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,264 mln. dollar və ya 994 515,20 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

EUR/AZN T+0 aləti üzrə 1,2 mln. avro həcmində bir əqd qeyd olunub. Orta ölçülü məzənnəsi 1,1457 AZN/ 1 EUR təşkil edib.

Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,92%, ABŞ dolları üzrə isə illik 12,50% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR