Bank Of Baku

Avropanın əsas fond indeksləri yüksəlib

Avropanın əsas fond indeksləri yüksəlib
# 05 iyul 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Avropa fond bazarlarında iyulun 4-də FTSE 100 indeksi 0,5% - 6 018 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 4 003 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 443 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, Avropa fond bazarlarına təsir edən əsas amil kimi Yunanıstana 12 mlrd. avro həcmində maliyyə yardımın göstərilməsi barədə qərarı qeyd etmək olar.
İyulun 4-də Müstəqillik Günü münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü Dow Jones indeksi 1,4% - 12 583 bəndədək, S&P 500 1,4% - 1 340 bəndədək, Nasdaq 1,5% - 2 816 bəndədək yüksəlib.
İyulun 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 497,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4483 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR