Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq 0,4% yüksəlib
# 06 iyul 2011 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 570 bəndədək, S&P 500 0,1% - 1 338 bəndədək enib, Nasdaq 0,4% - 2 826 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, iyulun 5-də ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında iyulun 5-də FTSE 100 indeksi 0,1% - 6 024 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,6% - 3 979 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 439 bəndədək enib.
İyulun 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 514,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4457 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR