Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 9,1 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 9,1 mln. manatlıq notları yerləşdirilib
# 06 iyul 2011 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102630S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 11 103 100 manat təşkil edib. Sifarişlər 99,8446% (gəlirlik 2,00%) - 99,6820% (gəlirlik 4,10%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,78% (gəlirlik 2,83%), orta ölçülmüş qiymət 99,8287% (gəlirlik 2,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 99 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 9 097 800 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin avqustun 3-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR