Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8352, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8352, AMFBI indeksi 1,0001 təşkil edib
# 07 iyul 2011 06:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq iyul ayının 7-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1648 bənd və ya 16,5% azalaraq 0,8352 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0170 bənd və ya 1,7% azalaraq 1,0001-ə bərabər olub.

İyulun 6-da 20 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və 9,1 mln. manat həcmində bir buraxılış yerləşdirilib ki, nəticədə bazarın kapitallaşması azalıb və bu, ACBDI indeksinin azalmasına səbəb olub.

AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR