Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,1%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,1%, Nasdaq 0,3% yüksəlib
# 07 iyul 2011 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 626 bəndədək, S&P 500 0,1% - 1 336 bəndədək, Nasdaq 0,3% - 2 834 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, iyulun 6-da ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında iyulun 6-da FTSE 100 indeksi 0,4% - 6 003 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 979 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 431 bəndədək enib.

İyulun 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 531,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4324 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR