Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq 1,4% yüksəlib
# 08 iyul 2011 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 720 bəndədək, S&P 500 1,1% - 1 353 bəndədək, Nasdaq 1,4% - 2 873 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, iyulun 7-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi məşğulluq bazarı və pərakəndə ticarət sahəsi üzrə müsbət göstəricilərin təsiri altında baş verib.
Avropa fond bazarlarında iyulun 7-də FTSE 100 indeksi 0,9% - 6 055 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 980 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 471 bəndədək yüksəlib.
İyulun 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% artaraq 1 531,50 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4348 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR