Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,5% enib
# 11 iyul 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 657 bəndədək, S&P 500 0,7% - 1 344 bəndədək, Nasdaq 0,5% - 2 860 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, iyulun 8-də ABŞ fond bazarında kotirovkaların enməsinə bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında iyulun 8-də FTSE 100 indeksi 1,1% - 5 991 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 914 bəndədək, Almaniya DAX-ı 0,9% - 7 403 bəndədək enib.
İyulun 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 544,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4197 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR