Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,8%, Nasdaq 2,0% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,8%, Nasdaq 2,0% enib
# 12 iyul 2011 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 12 506 bəndədək, S&P 500 1,8% - 1 320 bəndədək, Nasdaq 2,0% - 2 803 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, iyulun 11-də ABŞ fond bazarında kotirovkaların enməsinə Avropada borclar böhranın davam etməsi təsir edib.
Həmin amil Avropa fond bazarlarında da indekslərin enməsinə səbəb olub. Belə ki, iyulun 11-də FTSE 100 indeksi 1,0% - 5 929 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 808 bəndədək, Almaniya DAX-ı 2,3% - 7 230 bəndədək enib.
İyulun 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 551,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3954 (-1,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR