Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,7% enib
# 13 iyul 2011 06:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 447 bəndədək, S&P 500 0,4% - 1 314 bəndədək, Nasdaq 0,7% - 2 782 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, iyulun 12-də ABŞ fond bazarında kotirovkaların enməsinə ölkənin ticarət balansı barədə mənfi hesabat olub. belə ki, may ayında ölkənin ticarət balansın kəsiri aprel göstəricisinə nisbətən artaraq 50 mlrd. dollara çatıb. O cümlədən, yalnız Çinlə ticarət balansın kəsiri 25 mlrd. dollara bərabərdir. Bütün bunlar bazara mənfi təsir edib.

Avropa fond bazarlarında iyulun 12-də FTSE 100 indeksi 1,0% - 5 869 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 774 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 174 bəndədək enib.

İyulun 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 565,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4001 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR