Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8798, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8798, AMFBI indeksi 1,0001 təşkil edib
# 14 iyul 2011 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq iyul ayının 14-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1202 bənd və ya 12% azalaraq 0,8798 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin azalması bazar kapitallaşmasının azalması səbəbindən baş verib. Belə ki, iyulun 13-də 11,7 mln. manatlıq notlar buraxılışı dövriyyədən çıxarılıb və 5,1 mln. manat həcmində yerləşdirmə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR