Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,5% yüksəlib
# 14 iyul 2011 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 492 bəndədək, S&P 500 0,3% - 1 318 bəndədək, Nasdaq 0,5% - 2 797 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, iyulun 13-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi əsasən xarici amillərin təsiri altında baş verib.

Avropa fond bazarlarında iyulun 13-də FTSE 100 indeksi 0,6% - 5 906 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 793 bəndədək, Almaniya DAX-ı 1,3% - 7 268 bəndədək yüksəlib.

İyulun 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 585,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4211 (+1,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR