Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 0,9% enib
# 19 iyul 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 385 bəndədək, S&P 500 0,8% - 1 305 bəndədək, Nasdaq 0,9% - 2 765 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, iyulun 18-də ABŞ fond bazarında kotirovkaların enməsi bir sıra korporativ xəbərlərin təsiri altında baş verib.

Avropa fond bazarlarında iyulun 18-də FTSE 100 indeksi 1,6% - 5 753 bəndədək, Fransa CAC-40-ı 2,0% - 3 651 bəndədək enib, Almaniya DAX-ı 1,6% - 7 108 bəndədək enib.

İyulun 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 603,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4113 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR