Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,6%, Nasdaq 2,2% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 1,6%, Nasdaq 2,2% yüksəlib
# 20 iyul 2011 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 12 587 bəndədək, S&P 500 1,6% - 1 327 bəndədək, Nasdaq 2,2% - 2 827 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ prezidenti Barak Obama tərəfindən dövlət büdcə kəsrinin azalmasına dair planın dəstəklənməsi iyulun 19-da ABŞ fond bazarına müsbət təsir edib.

Avropa fond bazarlarında iyulun 19-da FTSE 100 indeksi 0,7% - 5 790 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 695 bəndədək, Almaniya DAX-ı 1,2% - 7 193 bəndədək yüksəlib.

İyulun 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 591,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4156 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR