Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının 0,5 mln. manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 0,5 mln. manatlıq notları yerləşdirilib
# 20 iyul 2011 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102830S seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 13 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 5 512 400 manat təşkil edib.

Sifarişlər 99,7688% (gəlirlilik 2,98%) - 99,7300% (gəlirlilik 3,48%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7688% (gəlirlik 2,98%), orta ölçülmüş qiyməti 99,7688% (gəlirlilik 2,98%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 502 000 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin avqustun 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR