Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,4% enib
# 21 iyul 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 572 bəndədək, S&P 500 0,1% - 1 326 bəndədək, Nasdaq 0,4% - 2 814 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da president administrasiyası və parlament arasında dövlət büdcə kəsrinin azalması və dövlət borcun limitin artırılması barədə danışıqlar davam edir və hələ də bir nəticə əldə olunmayıb. Bu amil ölkənin fond bazarına mənfi təsir edir.

Avropa fond bazarlarında iyulun 20-də FTSE 100 indeksi 1,1% - 5 854 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 755 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 221 bəndədək yüksəlib.

İyulun 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 602,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4259 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR