Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,1%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,1%, Nasdaq 0,9% yüksəlib
# 25 iyul 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyulun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 681 bəndədək enib, S&P 500 0,1% - 1 345 bəndədək, Nasdaq 0,9% - 2 858 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi amillər təsir edib.

Avropa fond bazarlarında iyulun 22-də FTSE 100 indeksi 0,6% - 5 935 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 843 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 326 bəndədək yüksəlib.

İyulun 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 614,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4382 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR