Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib
# 27 iyul 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102930S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21,163 mln. manat təşkil edib.

Sifarişlər 99,8137% (gəlirlilik 2,40%) - 99,7053% (gəlirlilik 3,80%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7672% (gəlirlilik 3,00%), orta ölçülmüş qiyməti isə 99,7812% (gəlirlilik 2,82%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin avqustun 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR