Bank Of Baku

«Azərqarant Sığorta» nizamnamə kapitalını artırır

«Azərqarant Sığorta» nizamnamə kapitalını artırır
# 28 iyul 2011 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərqarant Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 401 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 4,010 mln. manat təşkil edir. Emissiya «Azərqarant Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 326 manat olan 10 min ədəd və 3,260 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 23% artaraq 4,010 manata çatacaq.

Qeyd edək ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,260 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR