Bank Of Baku

Azərbaycanın fond bazarında yeni broker şirkəti fəaliyyətə başlayır

Azərbaycanın fond bazarında yeni broker şirkəti fəaliyyətə başlayır
# 29 iyul 2011 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın qiymətli kağızlar bazarında yeni broker şirkəti fəaliyyətə başlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «Qarant Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini Fuad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, «Qarant Sığorta» tərəfindən təsis ediləcək yeni broker şirkətinin hazırda sənədləri dövlət orqanlarındadır: «Ümid edirəm ki, yaxın gələcəkdə bu şirkət fəaliyyətə başlayacaq».

F.Allahverdiyev bildirib ki, «Qarant Kapital» adı altında fəaliyyət göstərəcək şirkət əsasən qiymətli kağızlar bazarında işləyəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın fond bazarında 13 broker və 12 diler şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR