Bank Of Baku

BFB-də 10501233S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-də 10501233S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 29 iyul 2011 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10501233S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik geri çağırılmaq hüququna malik olan dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 3 mln. manat təşkil edib. Sifariş 100,00% (gəlirlik 4,00%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və ortaölçülü qiymətləri 100,00% (gəlirlik 4,00%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin iyulun 27-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR