Dünya birjalarında böhran əlamətləri güclənməkdədir
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, investorların narahatlığı avro zonasında səngiməyən borc böhranından və ABŞ iqtisadiyyatının zəifləməsindən qaynaqlanır.
Britaniyada əsas iqtisadi göstəricilərdən sayılan FTSE100 indeksi, Almaniyanın isə eyni əhəmiyyətə malik Dax indexi hərəsi 2.5% enib. Londonda bank səhmləri nəzərəçarpan dərəcədə ucuzlaşıb.
Beləki "Royal Bank of Scotland" Şotlandiya bankının səhmləri 8%, "Lloyds Banking Group" Loyds bankının səhmləri 3% ucuzlaşıb.
Təhlilçilər hadisələrin bu cür inkişafının investorlara mənfi təsir göstərəcəyini ehtimal edirlər.
Madriddə səhmlərin qiyməti qeyri sabit vəziyyətinə düşüb. Qeyri rəsmi məlumatlara görə Avropa Mərkəzi bankı İspaniya və İtaliya bondlarını
( dövlətin borc öhdəliklərini) almağa hazırlaşır.
Avropa Birliyi tərəfindən Yunanıstan, İrlandiya və Portuqaliya iqtisadiyyatlarına yardım göstərildikdən sonra, bu cür addımın İspaniya və İtaliya üçün də atılacağı proqnozlaşdırılır.
Avropada ən etibarlı sayılan Almaniya bonları ilə İtaliya və İspaniya borcları arasında uçurum yenidən rekord səviyyəyə çatıb.
Avro zonasında yaranmış gərgin maliyyə vəziyyətini müzakirə etmək üçün Almaniya kansleri Angela Merkel Fransa prezidenti Nikola Sarkozi ilə telefon danışıqları keçirmək niyyətindədir.
Avropa komissiyasının prezidenti Xose Manuel Barrozo (Jose Manuel Barroso) xəbərdarlıq edib ki, avro zonasında borc böhranının hüdudları daha da genişlənə bilər. Bu xəbərdarlıqdan sonra İtaliya və İspaniya ilə bağlı narahatlıq güclənib.
ABŞ-da büdcə və dövlət borcu ətrafında uzun çəkmiş siyasi debatlar və Amerikanın hazırkı iqtisadi durumu, bu ölkənin AAA borc reytinqindən məhrum olunacağı barədə narahatlığı gücləndirib.
Bu arada dünya birjalarında neftin qiymətinin kəskin düşməsi qeydə alınıb.
ABŞ birjalarında neftin qiyməti son həftə ərzində orta hesabla 10% aşağı düşüb.
Asiya bazarlarında Yaponiya və Honq Konqun əsas birja indeksləri 3-4% aşağı düşüb.
Amerikanın aparıcı Dow Jones indexi 4.3% enərək, 2008-ci ilin sonundan bəri ən aşağı səviyyəyə çatıb. Nasdaq texnoloji indeksi 5% enib.
ABŞ səhmlərinin son həftə ərzində ucuzlaşma dərəcəsi orta hesabla 6.4% təşkil edib.
Birja
Xəbər Lenti
Mançester derbisini “Siti” qazanıb
Livan və İsrail səfirləri gələn həftə Vaşinqtonda görüşəcək
Berlin Senatının şəbəkələrinə kiberhücum edən haker qrupu oğurladığı məxfi məlumatları darknetdə yayıb
Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO
Pezeşkian: Trampın hansı bəyanatını əsas götürməyin lazım olduğunu anlamaq çətindir
Tramp: Ukraynanın Rusiyada dizel anbarlarına zərbə endirməsi bu yanacağın qıtlığına səbəb olub
Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb - Arkernews
Litvada quş sürüsü PUA-ya bənzədilibmiş - YENİLƏNİB
Rusiyanın Ukrayna-Polşa sərhədində zərbə endirdiyi qatarda Boris Conson və Mertsin müşaviri də olub
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Telegraph”: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri sabah Britaniyadan ayrılmağı nəzərdə tutan memorandum imzalayacaq
Mingəçevirdə binada yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
Türkiyədə limanda gəmidə 350 kiloqram kokain aşkarlanıb
Hakan Fidan: Ərdoğanın Suriya səfərinə hazırlıq görülür
İndoneziyada gəmi batıb, 6 nəfər ölüb, 130 nəfər itkin düşüb - YENİLƏNİB-1
İraq “Şərq-Qərb” kəmərinə hücumda istifadə edilən PUA buraxılış qurğusunu ələ keçirib
İran Prezidenti: Sabah Maskatda Hörmüz boğazına dair razılaşma elan olunacaq
Pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən tiktoker və tanışı saxlanılıb
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri barədə paylaşım edib, Ermənistana yola düşəcək
Montrö Klassik Musiqi Festivalında ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir
İran və Ermənistan Norduz-Meğri “yaşıl” gömrük dəhlizi yaradacaq
Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığında sərnişin qatarına, yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib - VİDEO - YENİLƏNİB
Rusiya Ordusu Limanın şimalına nəzarəti itirib
İsveçdə parlament seçkiləri keçirilir
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq
Husilər Səudiyyə Ərəbistanında hərbi bazaya zərbə endirdiklərini açıqlayıb
Si Cinpin süni intellektin qlobal tənzimlənməsi sisteminin yaradılımasına çağırıb
İran parlamentinin sözçüsü: Tehran “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən asanlıqla çıxa bilər
İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb - FOTO - YENİLƏNİB
Kuşner Ukrayna üzrə növbəti addımların yaxın həftələrdə açıqlanacağına ümid edir - YENİLƏNİB
Hörmüz boğazında İran gəmisi vurulub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Ukrayna Tatarıstana PUA zərbəsi endirib, 2 nəfər ölüb, 12 yaralı var
Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında hərbi təlimləri gücləndirməyə çağırıb
Kuşner: ABŞ hesab edir ki, Rusiya və Ukrayna münaqişənin həlli yolunu tapmaq istəyir
Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür
Bab əl-Məndəb boğazındakı vəziyyət fonunda Almaniyada yanacağın qiyməti kəskin artıb
Nyu-Yorkda uşaq meydançasında atışma nəticəsində iki nəfər ölüb
Kuşner Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda yeni ideyaların müzakirə olunacağına ümid edir
Husilərin zərbəsi nəticəsində Səudiyyə Ərəbistanında iki nəfər yaralanıb
Reuters: Husilərə qarşı mümkün əməliyyat ABŞ-nin silah ehtiyatlarını daha da azalda bilər
Kuşner: Ukrayna üzrə danışıqlarda ən çətin məsələ ərazilərlə bağlıdır
Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini “xoşməramlı jest” adlandırıb
Husilər Səudiyyə Ərəbistanının iki gündə Yəmənə 129 hava zərbəsi endirdiyini açıqlayıb
IRNA: Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında iki partlayış baş verib
Yaponiyada atletika çempionatı zamanı 28 nəfər qidadan zəhərlənib
Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
CNN: Ukrayna Mali və Sudanda yerli silahlı qruplara təlim keçmək üçün hərbçilər göndərib