Bank Of Baku

Dow Jones indeksi 4%, S&P 500 4,7%, Nasdaq isə 5,3% yüksəlib

Dow Jones indeksi 4%, S&P 500 4,7%, Nasdaq isə 5,3% yüksəlib
# 10 avqust 2011 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 9-da Amerika fond bazarında Dow Jones indeksi 4% - 11 240 bəndədək, S&P 500 4,7% - 1 173 bəndədək, Nasdaq 5,3% - 2 483 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında avqustun 9-da FTSE 100 indeksi 2% - 5 164 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 176 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,1% - 5 917 bəndədək enib.

Avqustun 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 756 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4347 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR