Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib
# 10 avqust 2011 16:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103130S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21 030 300 manat təşkil edib. Sifarişlər 99,8060% (gəlirlik 2,50%) – 99,7053% (gəlirlik 3,80%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7750% (gəlirlik 2,90%), orta ölçülmüş qiymət isə 99,7908% (gəlirlik 2,70%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 167 min manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci il sentyabrın 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR