Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 12 avqust 2011 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,83 dollar və ya 3,4% artaraq 1 barelə görə 85,72 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 11-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,34 dollar və ya 1,3% artaraq 108,02 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR