Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib
# 17 avqust 2011 15:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103230S seriyalı, ümumi həcmi 10 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 16 514 300 manat təşkil edib. Sifarişlər 99,8200% (gəlirlik 2,32%) – 99,7687% (gəlirlik 2,98%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8071% (gəlirlik 2,48%), orta ölçülmüş qiyməti isə 99,8178% (gəlirlik 2,35%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 3999 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin sentyabrın 14-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR