Bank Of Baku

Dow Jones 3,7%, S&P 500 4,5%, Nasdaq 5,2% enib

Dow Jones 3,7%, S&P 500 4,5%, Nasdaq 5,2% enib
# 19 avqust 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 18-də Amerika fond bazarında Dow Jones indeksi 3,7% - 10 991 bəndədək, S&P 500 4,5% - 1 141 bəndədək, Nasdaq 5,2% - 2 380 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond indekslərin kəskin enməsinə səbəb Federal Ehtiyat Sisteminin bir sıra rəsmilərin bəyanatları olub. Belə ki, FES-in rəhbərliyinin faiz dərəcələrinin 2013-cü ilə qədər rekord aşağı səviyyədə saxlanması FES-in bir sıra regional bankların rəhbərləri tərəfindən mənfi qarşılanıb.

Avropa fond bazarlarında avqustun 18-də FTSE 100 indeksi 4,5% - 5 092 bəndədək, Almaniya DAX-ı 5,8% - 5 603 bəndədək, Fransa CAC-40-ı isə 5,5% - 3 076 bəndədək enib.

Avqustun 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% artaraq 1 844,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4306 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR