Bank Of Baku

BFB-da 10304431S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10304431S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 23 avqust 2011 16:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10304431S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 4 mln. manat təşkil edib. Sifariş 98,53% (gəlirlik 2,99%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 98,53% (gəlirlik 2,99%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin fevralın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR