Bank Of Baku

Dow Jones 3%, S&P 500 3,4%, Nasdaq 4,3% yüksəlib

Dow Jones 3%, S&P 500 3,4%, Nasdaq 4,3% yüksəlib
# 24 avqust 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 23-də Amerika fond bazarında Dow Jones indeksi 3% - 11 177 bəndədək, S&P 500 3,4% - 1 162 bəndədək, Nasdaq 4,3% - 2 446 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi əsasən maliyyə və enerji sektorunda müşahidə olunub.

Avropa fond bazarlarında avqustun 23-də FTSE 100 indeksi 0,7% - 5 129 bəndədək, Almaniya DAX-ı 1,1% - 5 532 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 3 084 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 3,1% azalaraq 1 847,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4407 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR