Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib
# 24 avqust 2011 16:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103330S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 9 mln. manat təşkil edib. Sifarişlər 99,8400% (gəlirlik 2,06%) – 99,8137% (gəlirlik 2,40%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8137% (gəlirlik 2,40%), orta ölçülmüş qiyməti isə 99,8347% (gəlirlik 2,13%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin sentyabrın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR