Bank Of Baku

Dow Jones 1,3%, S&P 500 1,3%, Nasdaq 0,9% yüksəlib

Dow Jones 1,3%, S&P 500 1,3%, Nasdaq 0,9% yüksəlib
# 25 avqust 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 11 321 bəndədək, S&P 500 1,3% - 1 178 bəndədək, Nasdaq 0,9% - 2 468 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə müsbət iqtisadi xəbərləri müsbət təsir edib. Belə ki, avqustun 26-da Federal Ehtiyat Sisteminin Ben Bernankenin bankların, iri şirkətlərin və dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə keçiriləcək iqtisadi simpoziumda çıxışı gözlənilir ki, həmin çıxışda o, hökumətin iqtisadi artımın stimullaşdırılması üzrə planları açıqlayacaq. Bu xəbər bazar iştirakçıları tərəfindən nikbin qarşılanıb.

Avropa fond bazarlarında avqustun 24-də FTSE 100 indeksi 1,5% - 5 206 bəndədək, Almaniya DAX-ı 2,7% - 5 681 bəndədək, Fransa CAC-40-ı isə 1,8% - 3 140 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 4,8% azalaraq 1 757,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4405 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR