Bank Of Baku

Dow Jones 1,5%, S&P 500 1,6%, Nasdaq 2% enib

Dow Jones 1,5%, S&P 500 1,6%, Nasdaq 2% enib
# 26 avqust 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 25-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 11 150 bəndədək, S&P 500 1,6% - 1 159 bəndədək, Nasdaq 2% - 2 420 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi korporativ xəbərlərin təsiri altında baş verib.

Avropa fond bazarlarında avqustun 25-də FTSE 100 indeksi 1,4% - 5 131 bəndədək, Almaniya DAX-ı 1,7% - 5 584 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 3 119 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 778,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4411 (+0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR